"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
Misli Premyer Liqasının V turunda keçiriləcək “Kəpəz” – “Qəbələ” qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq.Sentyabrın 12-də Gəncə şəhər stadionunda keçiriləcək matçdan əvvəl veteran futbolçu Mehman Hacıyevin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq.Həmin vaxt stadionun ekranlarında mərhum futbolçunun fotosu da nümayiş etdiriləcək.
08 sentyabr 2026

