"Kəpəz" doğma meydanda "Şamaxı"nı sınağa çəkir
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilir. İlk oyun günündə 14 xalla sonuncu pillədə qərarlaşan "Kəpəz" 16 xalla 8-ci sırada yer alan "Şamaxı"nı doğma meydanda qəbul edir. Komandalar indiyədək ölkə çempionatında 32 dəfə üz-üzə gəliblər. Bunların 7-də Gəncə təmsilçisi, 17-də Şamaxı klubu qələbə qazanıb. 8 görüş heç-heçə ilə yekunlaşıb. “Kəpəz” üç oyundur rəqibinə uduzmur.
Nərgiz Camalzadə