“Kəpəz” cari mövsümün qalan hissəsində də Gəncə şəhər stadionunda oyun keçirə bilməyəcək.Əvvəlcə may ayında arenanın istifadəyə veriləcəyi bildirilsə də, bu plan reallaşmayacaq.Əsas səbəb stadionda aparılan ot örtüyünün yenilənməsi işləridir. Belə ki, aprelin 15-də toxum səpini aparılıb və otun tam formalaşması üçün 45–60 gün vaxt tələb olunur. Bu da may ayınadək işlərin tamamlanmasına imkan vermir.Arenada paltardəyişmə otaqları və bir sıra texniki işlər də tam yekunlaşmayıb.May ayının sonlarında FIFA nümayəndələrinin stadionda baxış keçirməsi planlaşdırılır. Bu baxış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi U-20 Dünya Çempionatının oyunlarından birinin Gəncədə keçirilməsi ehtimalı ilə bağlıdır.Yenidənqurma işlərinə görə Kəpəz FK artıq üç mövsümdür ev oyunlarını Gəncədən kənarda Qəbələ, Tovuz və Yevlaxda keçirir.Komandanın Gəncə stadionuna dönüşü isə 2026/2027 mövsümünə planlaşdırılır.
23 aprel 2026

