"Kəpəz"-in baş məşqçisinin köməkçiləri müəyyənləşib
"Kəpəz" komandasında baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib. Mütəxəssisə analitik məşqçi Rakif Əliyev, Araz Bağırov, Zaur Əsədov və qapıçı məşqçi Vüqar Məmmədov kömək edəcək. "Kəpəz" sentyabrın 1-də Azər Bağırovla ikiillik müqavilə imzalandığını açıqlayıb.
Zülfiyyə Telmanqızı