Kənd təsərrüfatının inkişafı üçün regional müşavirələr keçirilir

Zəngilanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair geniş müşavirə keçirilir.“Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramı” çərçivəsində təşkil olunan regional görüş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.Müşavirədə sahələrin inkişaf perspektivləri, istehsal və emal imkanlarının genişləndirilməsi, həmçinin regionların potensialından səmərəli istifadə məsələləri müzakirə olunur.Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov isə Ağdaşda keçirilən müşavirədə çıxışında bildirib ki, Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf potensialı böyükdür. O, fermerlərin su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini və birgə əməkdaşlıq nəticəsində ərzaq təhlükəsizliyi ilə kənd yerlərində rifahın daha da yüksələcəyini vurğulayıb.Qeyd edək ki, bu görüşlər Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı verdiyi tapşırıqların icrası və Dövlət Proqramının regionlarda effektiv həyata keçirilməsi məqsədilə təşkil olunur.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik