Canlı
Kənd təsərrüfatı yükləri daşıyan vaqonlar dezinfeksiya olunur

2019-01-10 / 17:54

Gürcüstanda insanlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılmasını nəzərə alaraq onun ölkəmizə keçməsinin qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır. Ölkədə saxlanılan donuzlar arasında xəstəlik qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

Fərid Mehdiyev