Kənd Təsərrüfatı Nazirliyi 650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib
2021-03-09 16:04
Kənd Təsərrüfatı Nazirliyi 182 min 650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib. Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib. Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür. 2021-ci il üçün subsidiya əmsallarındakı yeniliklər ödənişlərdə öz əksini tapıb.
Vüsalə Camal