Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-in nümayəndə heyəti Minskdə tədbirə qatılıb
Minskdə Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçirilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti iclasda iştirak edib. Tədbirdə irimiqyaslı fövqəladə hadisələrlə səmərəli mübarizə aparılması üçün təşkilata üzv ölkələrin uyğun qurumları arasında operativ məlumat mübadiləsinin əhəmiyyəti qeyd edilib.
Azad Mustafayev