Kəlbəcərin Zar kəndində 855 ailənin məskunlaşması nəzərdə tutulur
Kəlbəcərin Zar kəndində genişmiqyaslı yenidənqurma işləri aparılır.2400 metr yüksəklikdə yerləşən kənddə ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılır. Layihə çərçivəsində məktəb, uşaq bağçası, müasir küçə sistemi və “yaşıl enerji” infrastrukturu yaradılır.Zar kəndinin təməli 2023-cü ildə İlham Əliyev və Mehriban Əliyeva tərəfindən qoyulub.
15 may 2026

