Kəlbəcəri tərk edən ermənilər məzarları da dağıdıblar. “Amnesty International” monitorinq aparıb
2020-12-04 16:07
“Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndəsi Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb. Təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib. “1993-cü ildə yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərində 27 illik işğal dövründən sonra nə bir qapı, nə bir pəncərə, nə də bircə dam örtüyü belə qalmayıb, azərbaycanlıların məzarları da dağıdılıb" - deyə tvitdə yer alıb.
Fərid Mehdiyev