Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib
2021-01-21 10:00
İşğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir. Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub. Burada hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək üçün şərait mövcuddur.
Nərgiz camal