Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsində ittiham aktı elan olunub
Kəlbəcərdə saxlanılan erməni diversant Qaqik Voskanyan qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan ərazisinə odlu silah və döyüş sursatını gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib. Bu barədə ittiham aktında qeyd olunub. Erməni diversantın cinayət işi üzrə məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsində keçirilir. Qaqik Voskanyan ifadəsində elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Fərid Mehdiyev