Kəlbəcərdə qəbiristanlıqda minalanmış sahə aşkarlanıb
Kəlbəcərin Ağdaban kəndidəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub. Ərazidə piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib. Minalar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən zərərsizləşdirilib və ərazidən müsadirə edilib.
Fərid Mehdiyev