Kəlbəcərdə minaya düşərək həlak olan media işçilərinə şəhid statusu veriləcək
2021-06-04 18:05
Xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsi Arif Əliyevə şəhid statusu veriləcək. Bunu Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyinin sözçüsü Fazil Talıbov deyib. Baş Prokuror Kamran Əliyev baş verən hadisə ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara rəsmi məktub ünvanlayıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva da Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.
Fərid Mehdiyev