Kəlbəcərdə minaya düşən 3 nəfər həlak olub, 4-ü yaralanıb
2021-06-04 14:07
Bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində Az TV telekanalının operatoru Sirac Abışov, Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.
Vüsalə Camal