Kəlbəcərdə maşın aşıb, iki nəfər ölüb, beş nəfər yaralanıb
Kəlbəcərdə avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 69 yaşlı Məqsəd və həyat yoldaşı 66 yaşlı Qənirə Hüseynova dünyasını dəyişib. Qəza zamanı onların kürəkənləri, qızları və sürücü xəsarət alıblar. Onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.
Şərurun Aşağı Daşarx kəndində isə iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Rahib Ələkbərov ölüb, 1993-cü il təvəllüdlü Şəfəq Məmmədova isə xəsarət alıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktlarla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev