Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib
Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib.Yarmarkada 16 dövlət və özəl müəssisə tərəfindən 90-dan çox iş yeri təqdim olunub. Vakansiyalar müxtəlif peşələri əhatə edib. İşaxtaran şəxslərə vakansiyalar barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
08 sentyabr 2026

