Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib
Erməni diversiya qruplarının Kəlbəcər və Daşkəsən ərazisində basdırdığı növbəti 226 ədəd piyada əleyhinə və 4 ədəd tank əleyhinə mina aşkar olunub. Müdafiə Nazirliyindən bildirlib ki aşkar edilən bütün minalar mühəndis-istehkamçılar tərəfindən zərərsizləşdirilib.