Kəlbəcər rayonunda mövqelərimiz atəşə tutulub
2021-12-08 18:00
Bu gün saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçərin Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcərin Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Nərgiz camal