Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir
Kəlbəcərin zəngin təbii sərvətləri və ekoloji mühitinin işğal dövründə amansız şəkildə istismar olunub. Bunu Prezidentin Kəlbəcər üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində çıxışında deyib.İşğal dövründə meşələr məhv edilib, təbii sərvətlər talan olunub, su ehtiyatlarına və biomüxtəlifliyə ciddi ziyan vurulub.Hazırda Kəlbəcərdə həyata keçirilən layihələr yalnız yenidənqurma deyil, həm də tarixi ədalətin bərpasıdır.Xüsusi nümayəndə həmçinin vurğulayıb ki, Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazilərdən biridir.2020–2026-cı illərdə rayonda 222 min kvadratmetr ərazi minalardan təmizlənib.Bu ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur.
21 may 2026

