Kəlbəcər istiqamətində növbəti erməni təxribatının qarşısı alınıb

2021-06-02 18:09

Müdafiə Nazirliyi və Dövlər Sərhəd Xidməti ermənilərin növbəti təxribatı barədə birgə məlumat yayıb. Ötən gün saat 20 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və mövqe tutublar. Silahlı qüvvələrimizin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri silah tətbiq edilmədən ölkəmizin ərazisindən çıxarılıb. "Bu növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür. Dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq" - deyə məlumatda qeyd olunur.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik