Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
2021-06-17 10:00
İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Nərgiz camal