Küveytdə Azərbaycanın qələbəsinə həsr olunan avtoyürüş keçirilib
2020-11-14 12:06
Əl-Küveyt şəhərində Azərbaycanın qələbəsi münasibətilə avtoyürüş keçirilib. Əllərində Azərbaycan bayrağı olan soydaşlarımız avtomobillər və motosikllərlə şəhərin mərkəzi küçələri boyunca hərəkət ediblər. Yerli jurnalistlər iştirakçıların qələbə sevincinə qoşulub, hadisəni işıqlandırıblar.
Nərgiz Camal