Kütləvi davada 2 nəfər xəsarət alıb
2020-06-02 12:05
Şəkidə kütləvi dava olub. Çələbixan qəsəbə sakinləri olan 29 yaşlı Qacay Məmmədov başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, 43 yaşlı Elman Rəhimov isə sağ əlin ovucunun kəsilmiş yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Gənc oğlanın müalicəsi aparılır, Elman Rəhimova isə xəsarəti yüngül olduğundan lazımi yardım göstərildikdən sonra evə buraxılıb.
Vəfa Şairova