Kürdəmirdə yeniyetmə velosipeddən yıxılıb yaralandı
2020-06-13 16:07
Kürdəmirin Yenikənd kəndində 16 yaşlı İlham Məhəddinov velospedlə kənd yolunda gedərkən yıxılaraq ağır xəsarət alıb. Ətrafdakı insanlar onu dərhal rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər ona burun və əng sümüyünün sınığı, başın əzilməsi diaqnozu qoyublar. Fakt araşdırılır.
Nərgiz Camal