Kürdəmirdə qadın ehtiyatsızlıqdan yanıq xəsarəti aldı
2020-06-09 14:07
Kürdəmirin Muğanlı kəndində yerli sakin, 24 yaşlı Şura Əmirova yaşadığı evdə hamamın ocağını yandıran zaman ocağa dizel əvəzinə benzin töküb. Nəticədə alov qadını yandırıb. Yaralı yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan paytaxta göndərilib. Qadına kömək etməyə çalışan həyat yoldaşı da xəsarət alıb.
Nərgiz Camal