Kürdəmirdə qəzada ölən və yaralananlar var
2020-08-12 18:07
Kürdəmirin Sovla kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub. Nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Vüsalə Camal