Kürdəmirdə qəza hadisəsi baş verib

2019-07-10 12:00

Kürdəmirin Sığırlı kəndində "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun bıçaqlandığı da məlum olub. Belə ki, 55 yaşlı Yaşar Səmədov avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən Ucarda maşına mindirdiyi 3 şəxslə aralarında mübahisə yaranıb. Nəticədə sürücü bıçaqlı hücuma məruz qalıb. Bu zaman o idarəetməni itirərək nəqliyyat vasitəsini beton maneəyə çırpıb. Fakt araşdırılır.

Vəfa Şairova