Kürdəmirdə qəza baş verib
2020-11-16 10:06
Kürdəmirdə qəza baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü, Ağdam sakini, 38 yaşlı Süleymanov Əli Kamil oğlu sükana nəzarəti itirib. Nəticədə maşın yol kənarındakı tikiliyə çırpılaraq yarasız hala düşüb. Xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yevlaxda isə motosiklet idarəetmədən çıxaraq aşıb. 51 yaşlı rayon sakini Elçin Məmmədov müxtəlif bədən xəsarətləri aldığı üçün xəstəxanaya aparılıb.
Fərid Mehdiyev