Canlı
Kürdəmirdə qəbiristanlıqdan oğurluq edənlər saxlanılıblar

2018-02-08 / 14:05

Kürdəmirdə qəbiristanlıqdan oğurluq edən şəxslər ifşa olunub. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Xırdapay kəndindəki qəbiristanlıqda qəbirlərinin ətrafına çəkilmiş məhəccərlərin üzərilərində quraşdırılmış alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb. Fakt araşdırılır.

Ruhəngiz Hacızadə