Kürdəmirdə işçi çalışdığı şirkətdən oğurluq edib
2020-02-24 16:05
Kürdəmirdə şirkətdən oğurluq olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 17-də rayondakı MMC-lərdən birinin inzibati binasındakı seyfdən 3400 manat oğurlamaqda şübhəli bilinən oranın işçisi, Qacılı kənd sakini Q.Nuğayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal