Kürdəmirdə dovşan ovlayan üç nəfər saxlanılıb
2021-01-05 18:05
Kürdəmir polisi rayonun Ərəbqubalı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər, Göyçay rayon sakinləri – Ruslan İbrahimov, Kamil Əsgərov və İlham Mikayılovu saxlayıb. Onlardan 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 4 ədəd dovşan aşkarlanaraq götürülüb.
Vüsalə camal