Kürdəmirdə baş verən ağır yol qəzasının səbəbi açıqlanıb
Kürdəmirdə baş verən ağır yol qəzasına sürücünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı avtokran yol kənarında dayanan “Mercedes” markalı yük avtomobili ilə toqquşub.Nəticədə "Isuzu" markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Taleh Cabbarov hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə xəsarət alıb.BDYPİ sürücüləri yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə əməl etməyə çağırıb.
16 oktyabr 2026

