Kürdəmirdə 4 otaqlı ev əşyaları ilə birgə yanıb

Kürdəmir rayonu, Əliağa Vahid küçəsində Valeh Əşrəf oğlu Əliyevə məxsus fərdi yaşayış evində yanğın baş verib. Ümumi sahəsi 162 kvadratmetr olan 4 otaqlı evin 1 otağı 14 kvadratmetr sahədə əşyalarla birlikdə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisəyə elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova