Kürdəmir və Sabirabadda aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar
2021-12-24 14:10
Kürdəmirin Şımıxlı kəndində Atakişili kənd sakini, koronavirus xəstəsi Xəyal Abbasov yaşadığı ünvanı tərk edib. Sabirabadda da eyni qayda pozuntusu aşkarlanıb. Aktiv koronavirus xəstəsi, Türkədi kənd sakini Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Faktlar araşdırılır.
Vüsalə camal