Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb

2019-10-09 18:02

Kürdəmirdə Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 34 qram qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən əlavə 8 qram qurudulmuş marixuana, evinin həyətyanı sahəsindən isə 2,4 kiloqram qurudulmuş marixuana götürülüb.

Ruhəngiz Hacızadə