Kür çayının mənsəbinə 5 milyon balıq körpəsi buraxılıb
Neftçala rayonunda fəaliyyət göstərən Xıllı nərə balıqartırma zavodunda Kür çayının mənsəbinə nərəcinsli balıq körpələrinin buraxılması prosesi başa çatdırılıb. Zavod tərəfindən bu mövsümdə Kür çayının mənsəbinə hər birinin çəkisi 1-1,2 qram olan 5 milyon nərə və uzunburun balıq körpələri buraxılıb. 12 il bundan əvvəl fəaliyyətə başlayan Xıllı nərə balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmi və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.
Ruhəngiz Hacızadə