Külli miqdarda narkotikin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb

2021-05-18 14:08

DSX-nin əməkdaşları külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıblar. “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin ərazisində keçirilən 3 əməliyyat zamanı sərhəd pozucularından ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələr və 4000 ədəd psixotrop tərkibli həblər götürülüb. Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılmış 1 ədəd AKM-74 markalı silah, 20 ədəd patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret də aşkar olunaraq götürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisə yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

Vüsalə camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik