Canlı
Külli miqdarda nərə balığının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

2018-01-12 / 16:05

Qazaxıstanın Aktau limanından Bakıya qayıdan Ramin Məmmədovun idarə etdiyi “Kamaz”da qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumat verilib. Nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı maşının yük yerində gizlədilən ümumi çəkisi 1 ton 408 kq olan 496 ədəd nərə cinsli balıq və 1ədəd kater mühərriki aşkar edilib.

Vüsalə Camal