Canlı
Külli miqdarda heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısı alınıb

2018-11-07 / 14:00

Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində Türkiyə vətəndaşı, 51 yaşlı Bəkir Koroğlunun idarə etdiyi "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub. Ordan 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Narkotik yüklü nəqliyyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyəyə gedəcəyi müəyyən olunub. Fakt üzrə cinayət işi açılıb.

Ruhəngiz Hacızadə