Külli miqdarda dövlət əmlakını mənimsəyən şəxslər ifşa olunub
“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Xəstəxananın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb və külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda istintaq davam edir.
Vüsalə Cənnətova