Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Yanvarın 10-da Bakıda və bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Laçın, Kəlbəcər və Qərb bölgəsində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.7 m/san-dək təşkil edəcək.

