Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
İyunun 20-si gündüzdən bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, Bərdə, Tərtər, Yevlax, Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samuxda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyinin sürəti 13.9–20.7 m/san təşkil edəcək.Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
19 iyun 2026

