Külək Gəncədə fəsad törədib
Gəncə şəhəri İsmət Qayıbov küçəsində güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb. Hadisə zamanı avtomobillərdə olan şəxslərin yüngül xəsarət aldığı bildirilir.Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə küləkli havada, xüsusilə iriölçülü və qoşqulu nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobilləri ağacların yaxınlığında saxlamamağı, sürət həddinə və ara məsafəsinə riayət etməyi tövsiyə edib.Piyadalara da yollarda ehtiyatlı davranmaq çağırışı edilib.
24 noyabr 2026

