Canlı
Köçəri quşlara görə monitorinq başlayır – şəxsi təsərrüfatlara da baxılacaq

2018-11-08 / 16:30

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti köçəri quşların payız miqrasiyasını nəzərə alaraq, noyabrın 12-dən növbəti monitorinqə başlayacaq. Tədbir Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq. Monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Vüsalə Camal