Canlı
Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edilib

2018-02-09 / 10:04

Bu ildən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib. Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, tələbə www.transfer.edu.az portalına müraciət edib köçürülürsə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən əmr verilir. Proses bununla rəsmiləşdirilir. Bunu geriyə qaytarmağa isə bu ildən icazə verilmir.

Vəfa Şairova