Külək Mingəçevirdə fəsadlara yol açıb
2020-05-07 10:03
Yağışla müşayiət olunan qısamüddətli külək Mingəçevirdə fəsadlara yol açıb. Küləyin təsirindən şəhərin bir sıra istiqamətlərində ağaclar və ya ağacların iri budaqları sınaraq avtomobil və piyada yoluna düşüb. M.P.Vaqif küçəsində gövdəsindən qopan ağac yolu kəsib. Ağac təsərrüfat qurumu tərəfindən ərazidən götürülüb. Bəzi yerlərdə elektrik enerjisinin ötürülməsində fasilələr yaranıb.
Fərid Mehdiyev