İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə 1,7 milyard ABŞ dolları vəsait ayrılması planlaşdırılır

Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. Bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib. Dövlət başçısı Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə bu il ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayrılmasını planlaşdırdığını vurğulayıb. Ermənistanın işğalına görə, Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilən ölkələrdən olduğunu xatırladıb. "Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm", deyə Prezident sözlərinə əlavə edib.

Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik