İşğaldan azad edilmiş ərazilərdə 37 min hektardan artıq ərazi təmizlənib
İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 37 min hektardan artıq ərazi təmizlənib. 14 minə yaxın piyada və tank əleyhinə mina və 12 mindən çox partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Əsasən yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektləri minalardan təmizlənib.
Vüsalə Cənnətova