İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək
Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 vətəndaş var.
Parlament seçkiləri ilə bağlı işğaldan azad edilmiş daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb. Ümumilikdə həmin ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək". Bu barədə Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə məlumat verilib. Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, məqsəd seçkilərin azad və şəffaf şəkildə keçirilməsinin təmin edilməsidir.
Fərid Mehdiyev

